Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manatlıq depozit yerləşdirib

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyi avqustda banklara 146 milyon manatlıq depozit yerləşdirib

Hadisə

31 Avqust 2026 20:18 115


Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə edilməsini optimallaşdırmaq və xəzinə qalığından əlavə gəlir götürmək məqsədilə cari ilin avqust ayında 6 depozit hərracı təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, hərracların yekununda ümumilikdə 146 milyon manatlıq xəzinə qalığı ölkənin kommersiya banklarında müddətli depozit şəklində yerləşdirilib. Ay ərzində keçirilən hərraclar çərçivəsində avqustun 6-da 16 milyon manat (28 günlük, 6,54%-lə) və 25 milyon manat (84 günlük, 6,54%-lə), avqustun 13-də 21 milyon manat (28 günlük, 6,54%-lə), avqustun 20-də 35 milyon manat (84 günlük, 6,53%-lə), avqustun 27-də isə 19 milyon manat (28 günlük, 6,52%-lə) və 30 milyon manat (84 günlük, 6,54%-lə) vəsait banklara yönəldilib.

Nazirlikdən bildirilib ki, bu mexanizm bir tərəfdən dövlət büdcəsinə əlavə qazanc gətirir, digər tərəfdən isə kommersiya banklarının likvidlik imkanlarını genişləndirməyə kömək edir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!