Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb   - Qarabağın havası

saytların hazırlanması

Evə çatdırılma

Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb - Qarabağın havası

Sosial

21 Dekabr 2022 11:33 704


Şuşa, Kəlbəcər və Laçında müşahidə olunan hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir.

Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gündüz 4 dərəcəyədək, axşam 8 dərəcəyədək şaxta təşkil edəcək. Pepperoni pizza

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!