Şuşada yeni məkan istifadəyə verildi –   Hər kəs ödənişsiz yararlana biləcək

saytların hazırlanması

Evə çatdırılma

Şuşada yeni məkan istifadəyə verildi – Hər kəs ödənişsiz yararlana biləcək

Sosial

19 İyul 2026 13:05 162


Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən ''Yeni Sabah''a bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. Dominos pizza

Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!