Tacikistanda güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Tacikistanda güclü zəlzələ baş verdi

Dünya

19 Sentyabr 2024 01:57 700


Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanc rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:51-də (Bakı vaxtı ilə 23:51) baş verib, ocağı 33 kilometr dərinlikdə yerləşib.

Mərkəzi Asiya ölkələrində baş verən zəlzələlərin monitorinqini aparan Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi eyni zamanda ölkədə 4,9 bal gücündə zəlzələ qeydə alıb.

Bildirilib ki, yeraltı təkanların episentri cənubda - Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi - Xoroq şəhəri yaxınlığında yerləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!