Türkiyəli müğənni Güllünün həyatını itirdiyi gecəyə aid yeni təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
"Yeni Sabah" xəbər verir ki, görüntülərdə Güllünün qızı Tuğyan Ülkem Gülterin hadisə gecəsi yaşadığı panika və polis əməkdaşları ilə danışığı əks olunub.
Kadrlarda Gülterin polis əməkdaşları ilə birlikdə evə çıxdığı görünür. Görüntülərin davamında isə qızının narahat olduğu və polis əməkdaşlarına ard-arda “Anam niyə belə deyir?”, “Anam yaxşıdır?” suallarını verdiyi eşidilir. Dördpendirli pizza
Hadisə zamanı Güllünün dostu Sultan Nur Ulu da görüntülərdə yer alıb.
Aytac Əliyeva
Telegram kanalımız