Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.
Yenisabah.az “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, etirazçılar parlament binası önünə toplaşıblar.
Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. Dominos pizza
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.
Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.
Telegram kanalımız