TƏBİB rəhbəri daha 2 vəzifəli şəxsi işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəhbəri daha 2 vəzifəli şəxsi işdən çıxardı

Sosial

17 Avqust 2026 16:57 35


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri olub.

"Yeni Sabah" unikal.az-a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Atilla-Turan Bayramov həmin şöbənin müdiri təyin edilib. pizza sifarişi

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. İlham Hüseynov Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Elvin Bayramovdur.

Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli vəzifəsindən azad edilib. Onun yerinə Elza Əfəndiyeva adıçəkilən departamentin rəhbəri təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!