“Təhsilin rektor olmağa nə dəxli var ki?” -   Şərurlu İsfəndiyar

saytların hazırlanması

Evə çatdırılma

“Təhsilin rektor olmağa nə dəxli var ki?” - Şərurlu İsfəndiyar

Sosial

11 Avqust 2026 00:31 73


“Şərurlu İsfəndiyar” kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, iş adamı “Zarafat bir yana” verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi rektoru elan etdiyini bildirib:

“Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə, qurtaranda sizi dəvət edəcəyəm. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri “Vasmoy”da, “Həzi Aslanov” metrosunun yaxınlığındadır, biri “Kubinka”da, biri də Hövsandadır. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var. Həmin sənədi sizə göstərə bilərəm”. pizza

Aparıcının “Təhsil almadan rektor?” sualına isə tikinti maqnatı özünəməxsus cavab verib:

“Rektorun təhsilə nə dəxli var ki? Bu, sadəcə bir vəzifədir”.\Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!