Təlimdə bədbəxt hadisə: 4 əsgər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Təlimdə bədbəxt hadisə: 4 əsgər yaralandı

Dünya

26 Sentyabr 2026 20:11 104


Latviyada keçirilən hərbi təlimlər zamanı bədbəxt hadisə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, İtaliya Ordusuna məxsus "Dardo" piyada döyüş maşınının heyəti naviqasiya və ya təyinat xətası səbəbindən səhvən içərisində əsgərlər olan eyni tipli digər bir döyüş maşınını hədəf alıb. Sürətli atəş açan topdan açılan atəş nəticəsində dörd italyan hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı hərbçilərə dərhal yerində tibbi yardım göstərilib və onlar xəstəxanaya təxliyə olunublar. Hadisənin təfərrüatlarının və başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hərbi komandanlıq tərəfindən tərəfindən araşdırmalara başlanılıb. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!