Təzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ürəkdağlayan detal

saytların hazırlanması

Evə çatdırılma

Təzəcə nişanlanmışdı: Faciəvi şəkildə həlak olan gənclə bağlı ürəkdağlayan detal

Hadisə

21 İyun 2026 12:55 5411


Tovuz rayonunda çayda boğularaq həyatını itirən 22 yaşlı İlham Şirinovun faciəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

“Yeni Sabah”ın məlumatına görə, Ağdam rayon sakini olan İlham Şirinov Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayıb və burada yerləşən orta məktəbdə təhsil alıb. O, cəmi iki ay əvvəl sinif yoldaşı ilə nişanlanıbmış və yaxın vaxtlarda toylarının keçirilməsi planlaşdırılırdı.

İlham Şirinov eyni zamanda Milli Qvardiyada xidmət edib. pizza hut

Qeyd edək ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, İlham Şirinov Bakıdan Tovuzun Dondar Quşçu kəndində yaşayan qohumlarını ziyarət etməyə gedib.

Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi və axının sürəti xeyli artıb. Güclü axın nəticəsində gənc həyatını itirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!