İdxal olunan bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Marqarita pizza
Sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulunun partiyasında 3-monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbul edilmiş qərara əsasən, ümumi çəkisi 20 ton olan məhsul istehsalçı ölkəyə geri qaytarılıb.
Aytac Əliyeva
Telegram kanalımız