Masallıda qanunsuz fəaliyyət göstərən iki toyuq kəsimi sexində nöqsanlar aşkarlanıb, sahibkarlar barəsində inzibati protokol tərtib edilib.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA əməkdaşları Masallı rayonunun İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Toyuqlu pizza
Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması, eləcə də digər nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla əlaqədar hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Həmçinin toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız