Tramp Əliyev və Paşinyanla bu saatda görüşəcək: QRAFİK

saytların hazırlanması

Evə çatdırılma

Tramp Əliyev və Paşinyanla bu saatda görüşəcək: QRAFİK

Siyasət

08 Avqust 2025 09:11 834


ABŞ Prezidenti Donald Tramp bu gün - avqustun 8-də Ağ Evdə Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli, ardınca üçtərəfli görüş keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, Ağ Ev görüşlərin cədvəlini açıqlayıb.

Ağ Evin rəsmi cədvəlinə əsasən, görüşlər belə planlaşdırılıb: Marqarita pizza

- 14:30 (Bakı vaxtı ilə saat 22:30): Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayır.

- 14:35 (Bakı vaxtı ilə saat 22:35): Tramp və Paşinyan arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.

- 15:05 (Bakı vaxtı ilə saat 23:05): Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi keçirilir.

- 15:10 (Bakı vaxtı ilə saat 23:10): Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayır.

- 15:15 (Bakı vaxtı ilə saat 23:15): Tramp və İlham Əliyev arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir. 

- 15:45 (Bakı vaxtı ilə saat 23:45): Tramp və İlham Əliyev arasında sənəd imzalanır.

- 16:15 (Bakı vaxtı ilə saat 00:15): Tramp, İlham Əliyev, Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!