Tramp İrana   ultimatum verdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrana ultimatum verdi

Dünya

31 May 2026 19:56 43


ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma üzrə əvvəlki təklifə dəyişikliklər edərək daha sərt şərtlər irəli sürüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, D.Tramp administrasiyası İranla müharibədən sonra mümkün razılaşma layihəsini yenidən nəzərdən keçirib və yenilənmiş təklifi Tehrana göndərib. Məlumata əsasən, ABŞ tərəfi danışıqlarda daha sərt mövqe tutaraq İrana əlavə təzyiq göstərmək və razılaşmanı sürətləndirmək niyyətindədir. Marqarita pizza

Məqalədə qeyd olunur ki, Tramp İranın ABŞ təkliflərinə kifayət qədər sürətli reaksiya vermədiyini hesab edir. Bu səbəbdən Vaşinqtonun təqdim etdiyi yeni çərçivədə əvvəlki layihə ilə müqayisədə daha ciddi tələblərin yer aldığı bildirilir. Lakin yenilənmiş şərtlərin detalları açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında mümkün razılaşmanın Hörmüz boğazının açılması, nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatları və iqtisadi məhdudiyyətlər kimi məsələləri əhatə etdiyi bildirilmişdi. Bununla belə, Tehran hələlik yekun razılaşmanın əldə olunduğunu təsdiqləməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!