Tramp İrana gözlənilməz təklif verdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrana gözlənilməz təklif verdi

Dünya

29 Sentyabr 2026 10:25 83


İranla ABŞ arasında danışıqlarda mümkün razılaşmanın detalları üzə çıxıb. Vaşinqtonun Tehran qarşılığında bəzi iqtisadi məhdudiyyətləri yumşaltmağa hazır olduğu bildirilir.

“Yeni Sabah” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana tətbiq olunan sanksiyaları yüngülləşdirməyə və dondurulmuş İran vəsaitlərini azad etməyə hazırdır. Bu barədə ABŞ rəsmiləri “Axios”a açıqlama verib.

Hazırda ABŞ və İran arasında razılaşma əldə olunması üçün Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar davam edir. Danışıqlardan xəbərdar olan ABŞ rəsmilərindən biri görüşləri “müsbət və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, İran nüvə məsələsində müəyyən çeviklik göstərir. Dominos pizza

Bununla belə, tərəflər arasında fikir ayrılıqları qalır. ABŞ rəsmisi bildirib ki, nüvə proqramı ilə bağlı məsələlər həll edilmədən razılaşmanın əldə olunması mümkün deyil. Əsas mübahisələrdən biri də öhdəliklərin nə vaxt yerinə yetiriləcəyi və ilk addımı hansı tərəfin atacağı ilə bağlıdır.

ABŞ rəsmisi bildirib ki, Ağ Ev İranın vədlərinə ehtiyatla yanaşır. Vaşinqton Tehranın həqiqətən razılaşmaya hazır olduğunu və yalnız mövcud çətin vəziyyətdən çıxmağa çalışmadığını göstərən təminatlar tələb edir. Rəsminin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmaması məqsədinə sadiq qalır və danışıqlarda səbirli mövqe nümayiş etdirir.

ABŞ rəsmisi həmçinin bildirib ki, İranın iqtisadi vəziyyətinə təsir edən sanksiyalar və Hörmüz boğazında yaranmış vəziyyət Tehran üzərində təzyiqi artırır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!