Sosial şəbəkələrdə "Ferrum Capital" QSC-nin kredit borcunun qaytarılması zamanı sərgilədiyi iddia olunan kobud və təhdid dolu davranışı ilə bağlı şikayət paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, "Bank Klubu" səhifəsində yayımlanan müraciətə əsasən, şirkətin vasitəçiliyi ilə kreditlə məhsul alan və maddi sıxıntılar səbəbindən ödənişdə 3 aylıq gecikməyə yol verən vətəndaş psixoloji təzyiqə məruz qalıb. Vətəndaşın rəfiqəsi bildirib ki, kredit təşkilatının əməkdaşları xanıma zəng edərək iş yerinin ünvanını dəqiqləşdirib və işə gələcəklərini bəyan ediblər. Borclu şəxs həmin vaxt iş yerində olmadığını bildirdikdə isə qarşı tərəf "Saat 4-ə qədər vaxtın var, ödədin ödədin, ödənmədisə sabah iş yerinə gəlib söhbət edəcəyik" formasında hədələyici tonda danışıb.
Şikayətçi qeyd edib ki, şirkət iki aydır vətəndaşı "məhkəməyə verəcəyik" deyə xəbərdar etsə də, hüquqi müstəvidə addım atmaq əvəzinə borclunun üzərinə gedərək qeyri-qanuni təzyiq göstərməyə üstünlük verir. Dördpendirli pizza
Qeyd edək ki, qanunvericiliyə əsasən, kredit borclarının yığılması prosesi yalnız qanunvericiliklə müəyyən olunmuş çərçivədə, məhkəmə və ya rəsmi bildirişlər vasitəsilə aparılmalıdır. Vətəndaşların şəxsi ləyaqətini alçaldan, psixoloji təzyiq və hədə-qorxu xarakteri daşıyan bu cür davranışlar hüquq müstəvisində yolverilməz hesab olunur.
Nazim Hacıyev
Telegram kanalımız