Tramp yenə hədələdi: “...əsl cəhənnəm olacaq!”

saytların hazırlanması

Evə çatdırılma

Tramp yenə hədələdi: “...əsl cəhənnəm olacaq!”

Dünya

18 Dekabr 2024 09:24 330


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına bir müddət öncə ünvanladığı hədələyici bəyanatını yenidən xatırladıb.

Modern.az xəbər verir ki, Florida ştatındakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransı keçirən Tramp girovların azad edilməsi tələbini yenidən dilə gətirib:

"Mən xəbərdarlıq etmişdim ki, girovlar andiçmə gününə kimi evdə olmasalar, əks halda əsl cəhənnəm olacaq". Marqarita pizza

Amerikanın yeni seçilmiş lideri həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə çox yaxşı telefon danışığı olub.

Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətində olub-olmadığını soruşduqda, Tramp belə cavab verib: “Mən əsgərlərimizin öldürülməsini istəməzdim. Amma hər halda, düşünürəm ki, bu baş verəcək, çünki tərəflərdən biri artıq sıradan çıxıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!