ABŞ Nümayəndələr Palatasında Prezident Donald Trampa qarşı impiçment prosedurunun başladılmasını nəzərdə tutan qətnamə layihəsi üzrə səsvermə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, keçirilən səsvermədə 147 əleyhinə, 232 lehinə səslə impiçment qətnaməsinin müzakirəsini təxirə salmaq barədə qərar qəbul olunub. 47 konqresmenin iştirak etmədiyi səsvermədə müzakirələrin təxirə salınması ilə impiçment prosesinin qarşısı alınıb və təşəbbüs faktiki olaraq bloklanıb.
Diqqətçəkən məqamlardan biri isə 18 Demokrat Konqres üzvünün Respublikaçılarla birgə hərəkət edərək təxirəsalma qərarının lehinə səs verməsi olub. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız