Bakıda bu yollar   BAĞLANIR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu yollar BAĞLANIR

Sosial

16 Sentyabr 2026 09:25 101


Bakıda 16 sentyabrdan etibarən 6 ünvanda təmir işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir işləri Nizami rayonunda Zəki Məmmədov küçəsi, Abdulla Mirzəyev küçəsi, Cavid Manafov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində yerləşən dairə, həmçinin Keşlə qəsəbəsində Mirzə Ələkbər Sabir küçəsində aparılacaq. Dördpendirli pizza

Xəzər rayonunda isə Əziz Mirəhmədov və Heydər Eyvazov küçələrində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

AAYDA-nın məlumatına əsasən, təmir işlərinin gedişindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!