Tunis sahillərində gəminin batması nəticəsində 25 qeyri-qanuni miqrant ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli təhlükəsizlik xidmətinin nümayəndələrindən birinə istinadən məlumat yayıb.
Daha əvvəl 10-a yaxın qurbanın olduğu bildirilirmişdi. Toyuqlu pizza
Agentliyinin mənbəsinin məlumatına görə, bu gün Sahil Mühafizəsi Sfaks sahillərində (Tunisisin şərq bölgəsi) batan daha 15 miqrantın cəsədini tapıb. Beləliklə, aprelin 12-də tapılan 10 cəsəd nəzərə alınmaqla gəminin batması nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Batan gəminin göyərtəsində ən azı 110 miqrantın olduğu bildirilir. Onlardan 76 nəfəri xilas etmək mümkün olub, daha 9 nəfər hələ də itkin düşüb.
Telegram kanalımız