Tünzalə Ağayeva məşhur mahnısını hamamda yazıb   - Video

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva məşhur mahnısını hamamda yazıb - Video

Şou

21 May 2021 14:55 1601


Xalq artisti Tünzalə Ağayeva sevilən mahnısının hamam otağında ərsəyə gəldiyini deyib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Özəl” proqramında qonaq olan sənətçi “Xoş gəldin, gülüm” mahnısı barədə danışıb:

“Moskvadan qayıdanda gördüm ki, mesaj gəlib. Və yazılıb: "Xoş gəldin, gülüm dünyama. Suyu qurumuş dəryama”. Dörd sətirlik bir mesaj idi, şeir formasında yazılmışdı.  Çox xoşuma gəldi. Mahnının söz yazarına dedim, gəl, bunu şeirə çevirək. Nəhayət sözləri hazırladıq. Bir gün vanna otağını təmizləyirdim, o zaman musiqisini bəstələdim. Əslində insanların təsəvvüründə bəstəkar daim piano arxasında olur, mahnı orada yazılır. Həmişə elə alınmır. Bəzən günəşin altında, ev təmizləyərkən də əsər yaranır. Bu özəl anlardır və ilk dəfə etiraf edirəm. Yazdığım mahnıların 90 faizində əsas nəqarət, yadda qalan hissədə düşünürəm ki, bu seviləcək”. pizza mizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!