Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq. pizza
Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.
Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
Telegram kanalımız