Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 18,8 milyard manata çatıb.
“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2026-cı il sentyabrın 30-na ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarında əhalinin əmanətlərinin milli valyuta ekvivalentində məbləği 18 milyard 840,2 milyon manat olub.
Həmin tarixə bank və digər kredit təşkilatlarının ümumi kredit portfeli isə 35 milyard 739,4 milyon manat təşkil edib. Online alış-veriş
Kredit portfelinin 29 milyard 678 milyon manatı uzunmüddətli kreditlərin payına düşüb.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 2,1 faizini təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız