Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq

saytların hazırlanması

Evə çatdırılma

Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq

Siyasət

31 Oktyabr 2021 16:49 1707


Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iclas çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. pizza sifarişi

Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.

Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!