UEFA-dan “Qarabağ”a müjdə: Nərimanın əvəzinə yeni hücumçu

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan “Qarabağ”a müjdə: Nərimanın əvəzinə yeni hücumçu

İdman

12 Sentyabr 2025 01:51 17491


"Qarabağ" Azərbaycan millisinin düşərgəsində zədələnən futbolçusu Nəriman Axundzadənin əvəzinə Çempionlar Liqasına yeni oyunçu sifariş edə bilər.

Sportnet.az xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin sentyabrın 11-də Albaniyanın paytaxtı Tiranadakı iclasında çıxarılmış qərara əsasən mümkün olacaq.

Avropa futbol qurumu 2025/2026 mövsümündə UEFA-nın kişilər arasında keçirdiyi klub turnirlərinin reqlamentinə düzəlişi təsdiqləyib.

Bu dəyişiklik mövsüm ərzində zədə və ya xəstəlik üzündən uzunmüddətli sıradan çıxmış maksimum bir meydan oyunçusunun VI turadək, yəni 2025-ci ilin son tur matçınadək müvəqqəti əvəzlənməsinə icazə verir.

Xatırladaq ki, Nəriman Axundzadə sentyabrın 5-də Azərbaycan millisinin səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup oyununda zədələnib. "Qarabağ" onun 3-4 həftə müddətinə sıradan çıxdığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!