Ukrayna iddiasını sübut edə bilməyib - İran

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna iddiasını sübut edə bilməyib - İran

Dünya

08 Dekabr 2022 15:08 688


"İranın bu məsələnin araşdırılması üçün birgə iclas keçirmək istəyinə baxmayaraq, ukraynalılar əvvəlcə heç bir səbəb olmadan birinci görüşü ləğv edib, ikinci görüşdə isə iddialarına heç bir sübut təqdim edə bilməyiblər".

Yenisabah.az "Noornews"a istinadla xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbə məlumat verib.

O, Rusiyanın Ukrayna müharibəsində İran PUA-larından istifadə etməsi ilə bağlı iddianı "ağ yalan" adlandırıb. Pepperoni pizza

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Hüseyn Əmir-Abdullahian müharibədən əvvəl Rusiyaya PUA-lar verildiyini bildirib, lakin onların Ukraynada istifadəsini inkar etmişdi. XİN rəhbəri ukraynalı vəzifədaşını bu məsələnin araşdırılması üçün birgə komissiya yaratmağa çağırmışdı.

Eyni zamanda, Ukrayna mediası iddia etmişdi ki, Kiyev hakimiyyətinin araşdırmasına görə, bu dronlarda "Talisman Wireless" şirkətinin hissələrindən istifadə edilib.

Bir qədər əvvəl isə "Wall Street Journal" PUA-larda 200-dən çox hissənin ABŞ, Avropa İttifaqı və digər müttəfiq ölkələrdə istehsal olunduğunu yazmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!