Ukrayna Rostovu vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rostovu vurdu

Dünya

14 Oktyabr 2026 11:50 71


Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə endirdiyi son zərbələr nəticəsində Rostov vilayətində yerləşən strateji neft terminalı və Saratovda enerji infrastrukturu hədəfə alınıb.

“Yeni Sabah” xəbər verir ki, eyni zamanda Saratov vilayətində polad, armatur və profil məhsullarının istehsalı ilə məşğul olan "MZ Balakovo" metallurgiya zavodunun sənaye zonasına kəskin zərbələr endirildiyi bildirilir.

Cavab reaksiyası olaraq Rusiya ordusu da Ukraynanın kritik infrastrukturuna ağır zərbələr vurub. Rusiya qüvvələrinin Kiyev şəhərində yerləşən və paytaxtın enerji təchizatında mühüm rol oynayan 5 nömrəli İstilik-Elektrik Mərkəzini (İES-5) raket atəşinə tutduğu xəbər verilir. Hər iki tərəfdən strateji müəssisələrə vurulan bu zərbələr regionda enerji krizisini və hərbi gərginliyi daha da kəskinləşdirib.  Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!