Uşağı döyən müəllim öz qohumudur

saytların hazırlanması

Evə çatdırılma

Uşağı döyən müəllim öz qohumudur

Sosial

14 Yanvar 2022 10:47 751


Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Yenisabah.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb.

Videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllimi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb. Dominos pizza

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!