Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrində abadlıq, təmir, həmçinin kommunal-kommunikasiya işlərinin həyata keçirilməsi ilə bağlı iri həcmli satınalma müqaviləsi bağlamağa hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, nəzərdə tutulan yenidənqurma və təmir-bərpa işlərinin icrası üçün ümumilikdə 7 milyon 790 min 665 manat 40 qəpik vəsaitin xərclənməsi planlaşdırılır.
Qeyd olunan işlər çərçivəsində uşaq bağçalarının infrastrukturunun yaxşılaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və ərazilərin abadlaşdırılması nəzərdə tutulur. pizza hut
Telegram kanalımız