Uşaqlarda şiddət siqnalı - Bu 5 əlaməti görməzdən gəlməyin

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarda şiddət siqnalı - Bu 5 əlaməti görməzdən gəlməyin

Sosial

25 Sentyabr 2026 12:59 100


Uşaqlar və yeniyetmələrin iştirakı ilə baş verən zorakılıq hadisələri valideynlərin narahatlığını artırarkən, mütəxəssislər davranış dəyişikliklərinə diqqət yetirməyə çağırır.

“Yeni Sabah” xəbər verir ki, qəfil qəzəb partlayışları, məktəbdən uzaqlaşma, sosial çevrədən təcrid olunma, zorakılıq məzmunlarına həddindən artıq maraq və həmyaşıdları ilə münasibətlərdə kəskin dəyişikliklər valideynlər üçün xəbərdarlıq siqnalı ola bilər.

Uşaq və yeniyetmə klinik psixoloqu Eliz Avcının sözlərinə görə, uşaqlarda zorakı davranışlar adətən birdən-birə ortaya çıxmır. Bəzi emosional və davranış dəyişiklikləri erkən xəbərdarlıq əlaməti kimi qiymətləndirilə bilər. Marqarita pizza

Mütəxəssis bildirir ki, uşağı daim cəzalandırmaq və sərt nəzarətdə saxlamaq problemi həll etməyə bilər. Belə yanaşma uşağın yalnız cəzalandırılmaqdan qorxmasına və yaşadığı problemləri ailəsindən gizlətməsinə səbəb ola bilər.

Valideynlərin xüsusilə bu dəyişikliklərə diqqət etməsi tövsiyə olunur:

1. Dostlarından və ailəsindən qəfil uzaqlaşma;

2. Məktəb göstəricilərinin kəskin pisləşməsi və dərsdən yayınmaların artması;

3. Tez-tez və güclü qəzəb partlayışları və ya əksinə, emosional laqeydlik;

4. Silah, kəsici alətlər və zorakılıq məzmunlarına qeyri-adi maraq;

5. Həmyaşıdları ilə münasibətlərin ciddi şəkildə pisləşməsi, təhdid və zorakılıq davranışlarının yaranması.

Bununla belə, mütəxəss vurğulayır ki, tək bir davranış uşağın zorakılığa meyilli olduğunu göstərmir. Yeniyetməlik dövründə qəzəb, tək qalmaq istəyi, dostlarla problemlər və dərslərdə dalğalanmalar müşahidə oluna bilər. Əsas diqqət dəyişikliklərin qəfil, intensiv, davamlı olması və uşağın gündəlik həyatına təsir göstərməsinə yönəldilməlidir.

Valideynlər uşaqlarla qorxu və təzyiq üzərindən deyil, etibara əsaslanan ünsiyyət qurmalı, problemin səbəbini anlamağa çalışmalıdırlar. Məktəb və ailə arasında əlaqənin güclü olması da bu cür dəyişikliklərin erkən aşkarlanmasında mühüm rol oynayır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!