Van Dam insan alverində təqsirləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Van Dam insan alverində təqsirləndirilir

Şou

02 Aprel 2025 15:06 246


Rumıniya prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Dama qarşı insan alveri işi üzrə istintaqa başlayıb.

Yenisabah.az xəbər verir ki, 65 yaşlı Van Damın təxminən 10 il əvvəl sonradan insan alveri qurbanlarına çevrilmiş rumın qadınlarla intim əlaqələrdə olduğu iddia olunur.

İş materiallarına görə, aktyora Kannda olanda “hədiyyə qismində” bir neçə qadın təqdim olunub. Toyuqlu pizza

İnsan alveri ilə mübarizə üzrə ixtisaslaşmış prokurorluq əmin edir ki, aktyor həmin qadınların cinsi istismar qurbanı olduqlarını bilə-bilə onları qəbul etməkdən imtina etməyib.

Van Damın həmin vaxt 5 qadınla yaxın münasibətlərdə olduğu iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!