“Vaqner“ Voronejdə daha bir helikopteri vurdu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner“ Voronejdə daha bir helikopteri vurdu - Foto

Dünya

24 İyun 2023 13:04 612


Voronej vilayəti istiqamətində "Vaqner" muzdluları və Rusiya ordusu arasında toqquşmalar baş verdiyi bildirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə ruslara məxsus yerli teleqram kanalları məlumat yayıb. 

Toqquşmalarda Rusiya ordusuna məxsus helikopterin vurulduğu qeyd olunur. Vurulan helikopterin fotosu yayımlanıb. Hadisə ilə əlaqədar Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.  Sezar pizza

Vilayətin qubernatoru Aleksandr Qusev toqquşmaların getdiyini təsdiq edib. Onun sözlərinə görə, ərazidə ordu ilə “Vaqner” muzdlu hərbi təşkilatının silahlıları arasında döyüş gedir. 

Bundan əvvəl "Vaqner" rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında keçirilən görüşdə bildirib ki, onun döyüşçüləri üç helikopteri vurub: "Üstümüzə yeni helikopterlər yollasanız, onları da vurub məhv edəcəyik". 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!