Bir neçə gün öncə AMEA prezidenti İsa Həbibbəylinin Vatikan nümayəndə heyətinə qədim əlyazmanı təqdim edərkən onu sürətlə vərəqləməsi və əlyazma ilə kobud davranması ciddi narazılıq yaradıb. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və bir sıra tanınmış şəxslər tərəfindən tənqid olunub.
"Yeni Sabah" xəbər verir ki, onu tənqid edənlərə şair, yazıçı Həmid Herisçi də qoşulub. Şair məsələyə münasibətini şeirlə ifadə edib.
Həmin şeiri təqdim edirik: pizza hut
İSA ZÜHURU
Xudaya!
Hamıya! Hamıya! Hamıya!
Müqəddəs Taxt Tac, Vatikan da
Dözmədi, dözmədi,
bu dəfəki
növbəti Müqəddəs İsaya!
Hamıya! Hamıya! Hamıya!
Çayımı süzüb ən adi termosa,
İstəyirəm dönəm ən kiçicik zərrəciyə, toza,
Bəlkə, bu cür, birtəhər, qayıtdım mikrokosmosa...
Hələ qoy özümü çatdırım bu sonuncu avtobusa,
Pəncərəsindən boylanım Əlyazmaları İnstitunun dərin həyat kinosuna,
Sonra böyrümdəki yorğun sərnişinin
dərin yuxusuna...
Az sonra vəziyyətin bütün faciəliyini anladacam ən yaxın dostuma...
Xudaya!
Həyat təkcə Şəhidlərdə yox, hər yerdə ona
Çətir açıbsa,
Bizim üçün isə bu çətir çətin açılırsa,
WhatsAppdakı videozənglərə bizi heç kim qoşmursa,
Buludlar lap alçaqdan uçursa...
Bu İsa haqda yazılıbsa hələ bir Misir papirusunda,
Parıltısi isə hələ bizi tapacaq,
Avqustakı meteor yağışında!
Axşamın Zöhrə ulduzunda...
Bizə isə, mədəniyyətə isə, Həsrətdi hələ Şuşa...
Çətirlərinizi açmayın,
Altında heç nə, heç kim yoxdursa!
Keçib zəhmətdən,
Əlyazmalarını alın da bu prezidentdən!
Vatikan xəbərdarlıq etdi bizə...
Yazdı ey bunu, qədim Misir Papirusuna!
Pandoranın Baki qutusuna!
Çətirləri, qapıları açmayın,
Altında, qarşısında
heç nə, heç kim yoxdursa...
Hamıya! Hamıya! Hamıya!
Hamı tökülüşsün qapıya:
Müqəddəs Taxt Tac, Vatikan da
Dözmədi, dözmədi,
bu dəfəki
növbəti İsaya!
Saldı onu pusquya!
Yalançı Pasxaya!
Telegram kanalımız