Vəzifəsindən azad edilən icra başçısı ilə bağlı MARAQLI FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəsindən azad edilən icra başçısı ilə bağlı MARAQLI FAKTLAR

Sosial

24 Sentyabr 2026 16:42 523


Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

“Yeni Sabah” vəzifəsindən azad edilmiş Ovni Muradovla bağlı maraqlı faktları araşdırıb:

Ovni Mehbalı oğlu Muradov 05 avqust 1983-cü ildə Babək rayon Nehrəm kəndində anadan olub. 2004 - cü ildə Naxçıvan Dövlət Unversitetinin  Tarix istiqamətinin tarix ixtisasını bitirib. Dördpendirli pizza

2002-ci ildə əmək fəaliyyətinə  Babək  rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildə  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən  2023-cü il oktyabr aynın 16-nadək  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib. 2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Ailəlidir, 2 övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!