Vilyam Hacıyevin “Range Rover”i satıldı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vilyam Hacıyevin “Range Rover”i satıldı - FOTO

Siyasət

18 İyun 2026 19:08 2536


İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.

"Yeni Sabah" xəbər verir ki, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı “Range Rover”dən gedir.

Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi. pizza mizza

Məhəmmədin “Range Rover”i əvvəl 56 min manata satışa çıxarılsa da, o qiymətə alıcı tapmayıb. Sonradan qiymət 14 min ucuzlaşaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.

Satışdan gələn pul dövlətə nəfinə keçəcək.

Qeyd edək ki, indi ucuz qiymətə verilən həmin “Range Rover”in əvvəl 100 min manata yaxın qiyməti var idi. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olub. Hacıyevin həyat yoldaşı iddia edirdi ki, “Range Rover” birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməmişdi./Qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!