“Server saxlamaq xərc tələb edir, deməli, bu pulu kimsə ödəyir. Bu da adətən reklamlar, premium abunəliyə yönləndirmə və bəzən istifadəçi məlumatlarının satışı hesabına baş verir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında İKT üzrə ekspert Asif Rzayev bildirib.
Onun sözlərinə görə, bəzi pulsuz VPN tətbiqləri istifadəçilərin daxil olduğu saytları, IP ünvanlarını və cihaz məlumatlarını reklam şirkətlərinə ötürür: Marqarita pizza
“Bəziləri isə sizin internet kanalınızı başqalarına icarəyə verir. Yəni məlumatların satılması real hallardır.
Bütün tətbiqlərdə olmasa da, “pulsuz” olanlarda risk xeyli yüksəkdir. HTTPS protokolu olan saytlarda (bank, elektron poçt və s.) məzmun VPN-dən şifrələnmiş formada keçir, buna görə də normal VPN şifrənizi birbaşa görə bilməz.
Əsas təhlükə zərərli tətbiqlərdədir: saxta VPN klaviatura yazılarını oxuya, ekran üzərinə saxta pəncərələr çıxara və ya SMS kodlarını ələ keçirə bilər. Ona görə də VPN aktiv olduğu zaman mümkün qədər bank əməliyyatları aparmayın”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız