“Wikimedia” 800 min rubl cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Wikimedia” 800 min rubl cərimələndi

Dünya

06 Aprel 2023 16:11 670


Moskva məhkəməsi “Wikipedia” onlayn ensiklopediyasına sahib olan “Wikimedia” Fondunu materialı silməkdən imtina etdiyinə görə 800 min rubl cərimələyib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, fondun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb “Wikipedia”nın Rusiyanın “Psyche” qrupunun qadağan olunmuş və tanınmış ekstremist mahnısı ilə bağlı materialı silməkdən imtina etməsi olub.

Xatırladaq ki, bundan əvvəl İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev “Wikipedia”nın bağlanmasını təklif etmişdi. Onun sözlərinə görə, onlayn ensiklopediyada siyasi və tarixi faktların çoxlu təhrifləri yer alıb. pizza mizza

Eyni zamanda o qeyd edib ki, bağlanmazdan əvvəl Rusiyada “Wikipedia”ya alternativ yaratmaq lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!