“Xaç atası” filmində "Sonni Korleone" rolunu canlandıran Hollivud ulduzu Ceyms Kaan vəfat edib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyor 82 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, 1963-cü ildəm karyerasına başlayan C.Kaan "Yağış adamları", "Oyunçu", "Rollerbol", "Körpü çox uzaqdadır", "Oğru", "Dik Treysi", "Doqvil" kimi məşhur filmlərdə rol alıb. O, "Sonni Korleone" roluna görə "Oskar" və "Qızıl Qlobus"mükafatlarına namizəd olub. pizza hut
Telegram kanalımız