"Xalq Sığorta" şirkətinin II rüb üzrə maliyyə hesabatına əsasən, ümumi gəlirləri 18 milyon 27 min 395 manat olub.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə 15 milyon 671 min 203 manat təşkil edib.
Beləliklə, şirkətin gəlirləri illik müqayisədə 2 milyon 356 min 192 manat və ya 15,03% artıb. pizza mizza
Hesabat dövründə əsas əməliyyat gəlirləri 13 milyon 632 min 528 manat olub. Bu göstərici 2025-ci ilin ilk yarısındakı 14 milyon 275 min 363 manat ilə müqayisədə 642 min 835 manat və ya 4,50% azalıb.
Bununla yanaşı, investisiya gəlirləri ötən ilin ilk yarısındakı 1 milyon 252 min 341 manatdan 4 milyon 651 min 424 manata yüksəlib. Bu istiqamətdə artım 3 milyon 399 min 83 manat və ya 271,42% təşkil edib.
Xalis sığorta ehtiyatlarının dəyişməsi 1 milyon 88 min 388 manatdan 1 milyon 251 min 416 manata yüksəlib. Bu göstərici illik müqayisədə 163 min 28 manat və ya 14,98% artıb.
Beləliklə, "Xalq Sığorta"nın ümumi gəlirlərində qeydə alınan 15 faizlik artımın əsas səbəbi investisiya gəlirlərinin 271%-dən çox yüksəlməsi olub.
Hesabat dövründə "Xalq Sığorta"nın ümumi xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 446 min 741 manat və ya 12,24% artaraq 13 milyon 266 min 355 manata yüksəlib. 2025-ci ilin ilk yarısında bu göstərici 11 milyon 819 min 614 manat olub.
Şirkətin əsas əməliyyat xərcləri 6 milyon 324 min 788 manatdan 7 milyon 653 min 585 manata yüksələrək 1 milyon 328 min 797 manat və ya 21,01% artıb.
İşlərin aparılması xərcləri isə 4 milyon 934 min 105 manatdan 5 milyon 498 min 102 manata çatıb. Bu, 563 min 997 manat və ya 11,43% artım deməkdir.
Nəticədə, maliyyə mənfəəti illik müqayisədə 909 min 451 manat və ya 23,61% artaraq 4 milyon 761 min 40 manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 851 min 589 manat idi.
Hesabat dövründə şirkət 424 min 719 manat mənfəət vergisi ödəyib. Nəticədə xalis mənfəət 3 milyon 851 min 589 manatdan 4 milyon 336 min 321 manata yüksələrək 484 min 732 manat və ya 12,59% artıb.
Telegram kanalımız