Xankəndidə 2 məktəb, 2 bağça açılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə 2 məktəb, 2 bağça açılacaq 

Sosial

30 Avqust 2024 12:17 443


Yeni tədris ilində Xankəndi şəhərində 2 məktəb və 2 uşaq bağçası fəaliyyətə başlayacaq. 

Modern.az xəbər verir ki, bu təhsil ocaqları Xankəndi şəhərində fəaliyyət göstərəcək 4 saylı orta məktəb və Kərkicahan qəsəbəsində yerləşən təhsil müəssisəsidir. Yeni tədris müəssisələrində “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlər orada təhsil alacaqlar. 

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov bildirib ki, Xankəndiyə köçən insanların işlə təmin olunması, onların övladlarının təhsil alması hazırda vacib məsələlərdən biridir:  pizza hut

“Valideynlər bu məsələ ilə bağlı narahat olmasınlar, övladlarının təhsili ilə bağlı zəruri işlər görülür. Bu ərazidə yaşayan insanların təhsil ocaqlarında işlə təmin olunması ilə bağlı məsələyə də baxılır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!