Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
21 Noy 2020 13:59
1026

Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz... - Fotolar

Şuşa hələ ermənilərin əlində olanda kilsədən bir daş qopub yerə düşmüşdü. Rusiya telekanalları düz iki həftə saçlarını yolub, üzlərini cırdılar ki, Azərbaycan Ordusu müqəddəs yerləri dağıdır. Sonra bu təbliğata Qərbin informasiya resursları da qoşuldu. Beynəlxalq media qurumları özlərini elə aparırdılar ki, sanki daş yerə yox, onların başına düşüb...

Son günlər xarici jurnalistlər tez-tez Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olurlar. Onların indi gördüklərini biz 15-20 il əvvəl görmşük. İrana keçib əsirlikdə olan yurd yerlərimizə o qədər oğrun-oğrun baxmışıq ki...

Ağdamın ruhlar şəhərinə çevrildiyini bütün dünya bilirdi. Ağdamın xarabalıqları dəfələrlə xarici jurnalistlərin obyektinə tuş gəlmişdi. Hamı bilirdi ki, erməni vandalları Ağdamda daşı-daş üstünə qoymayıblar. Onu da bilirdilər ki, Cəbrayılın, Füzulinin, Zəngilanın aqibəti də fərqli deyil. Harda erməni varsa, orda xarabalıq var. Xarabalıqda ulamaq bayquşun ən sevimli məşğuliyyətidir.

Hərbçi dostlarım ötən gün doğulduğum kənddən mənə şəkillər göndəriblər. Onların arasında həmkəndlilərim, qohumlarım olduğu üçün evimizin xarabalıqlarını da kameranın yaddaşına köçürə biliblər. İkimərtəbəli, bağlı-bağatlı evimizdən geriyə qorxunc bir xarabalıq qalıb. Həmin şəkilləri məqalənin sonunda təqdim edəcəyim üçün bu barədə ətraflı yazmaq istəmirəm. Bu dilsiz şəkillər hər şeyi deyir...

Səhər işə gələndə şəkilləri göndərən adamla aramızda belə bir dialoq oldu:

- Qəbiristanlığa getmişdin?

- Hə, getmişdim...

- Bəs o şəkilləri niyə göndərməmisən?

- Axı şəkil çəkməmişəm...

- Niyə?

- Nəyi çəkəydim? Bir dənə də qəbir tapmadım. Ermənilər traktorla qəbiristanlığımızı şumlayıblar...

İlk dəfədi sözün əlində aciz qalıram. Nə yazacağımı bilmirəm. Daha doğrusu, əclaflığın, alçaqlığın, vandallığın miqyasını təəsvvür edə bilmirəm. Ay şərəfsiz, bağ-bağatımızı yandırdın, evimizi dağıtdın, yurdumuzu viran qoydun... Bəs ölülərimizdən nə istəyirdin? Onlar ki, sənə bir pislik etməmişdilər. Goreşən kimi məzarların arasında vurnuxmaq, ekskvatorla qəbiristanlığı şumlamaq insanlığa sığarmı? Bəs sən qədim millət idin? Bəs sən dünyanın mədəni irsinə guya hansısa "incilər" bəxş etmişdin? Gorbagor babalarından qəbir eşməyi öyrənmisən? Ay erməni, bu rəzalətdən sonra düynya xalqlarının üzünə necə çıxacaqsan? Üzünə tüpürüm!

Qarabağın qara günləri geridə qaldı. Barlı-bəhərli torpaq yolumuzu gözləyir. Solan güllərimiz açacaq, yurd yerlərimizdə gül gülü, bülbül bülbülü çağıracaq, yanıb külə dönmüş mülklərimizin yerində bir-birindən gözəl evlər ucalacaq. Biz ucaldıqca erməni iti ayağımızın altında qalacaq...

Daha heç kim bizi doğma yurdlarımızdan ayıra bilməyəcək. Biz əbədiyyətə kimi birlikdə olacağıq..

Biz gəldik, Qarabağ!

Xoş gördük, Qarabağ!

Seymur VERDİZADƏ

Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
Xaraba qalan evlərimiz, şumlanan qəbirlərimiz...  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər