Xaricdən gətirilən avtomobillərin idxal   QİYMƏTİNDƏ ARTIM - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən gətirilən avtomobillərin idxal QİYMƏTİNDƏ ARTIM - VİDEO

Avto

06 Noyabr 2023 23:06 7409


Ölkəyə xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında bir ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 13,4 min dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 16,5 min dollar təşkil edib. Bu da illik müqayisədə üç min dollardan çox bahalaşma deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu artım həm ölkəyə gətirilən yeni avtomobillərin qiymətlərinin, həm daşınma xərclərinin artması ilə əlaqəlidir. pizza hut

Rəsmi dilerlərin xaricdən gətirdikləri avtomobillərə gəldikdə isə ekspert bildirib ki, onlar qiymətin yüksəlməsində maraqlı deyillər.

İdxal qiymətlərinin avtomobil bazarına təsirinə toxunan E.Cəfərov bildirib ki, hazırda bazarda qeyri-aktivlik müşahidə edilir, qiymətlərdə yüksəlmə yoxdur. İlin sonuna kimi də qiymətlərdə dəyişiklik gözlənilmir. Onu da qeyd edək ki, sonuncu dəfə bu ilin avqust ayında ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində 3-5 faiz artım qeydə alınıb.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!