Xəzərdə suyun səviyyəsi azalaraq 48 il əvvəlki rekordunu yeniləyib
“Yeni Sabah” xəbər verir ki, suyun səviyyəsi dünya okeanı səviyyəsindən 29,11 metr aşağı düşüb. Bununla da 1978-ci ildə qeydə alınmış 29 metrlik rekord yenilənib.
Son 12 ildə Xəzərin səviyyəsi sahil ərazilərində 1,5 metrdən çox azalıb. 1948–1978-ci illərdə Xəzərin səviyyəsi davamlı olaraq aşağı düşüb. 1978-ci ildə rekord həddə çatdıqdan sonra isə su səviyyəsi tədricən qalxmağa başlayıb və 1995-ci ildə təxminən 25 metr aşağı səviyyəyə çatıb. Toyuqlu pizza
1996-cı ildən sonra isə yeni enmə dövrü başlayıb. Əsrin ilk 20 ilində Xəzərin səviyyəsi hər il orta hesabla 7 santimetr azalıb. Son 5 ildə isə bu azalma daha da sürətlənərək, ildə təxminən 30 santimetrə çatıb.
Nazim Hacıyev
Telegram kanalımız