Xəzərə dair sual Zərifi əsəbiləşdirdi: Hansı 11 faiz?

saytların hazırlanması

Evə çatdırılma

Xəzərə dair sual Zərifi əsəbiləşdirdi: Hansı 11 faiz?

Dünya

08 Avqust 2026 09:12 75


"Yalandır! Gedin sənədi oxuyun, xanım!"

"Yeni Sabah" xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

O, Xəzər dənizinə aid Konvensiyanın İran parlamentində gözlənilən ratifikasiyası əsnasında İslam Respublikasında yenidən başlamış fərqli yozumla bağlı sualı cavablandırıb. pizza

Keçmiş nazirin "İranın Xəzərdə 50%-lik paya sahib olması barədə" suala münasibəti kəskin və əsəbi olub:

"11% pay məsələsi yalandır! Xəzərin 50%-i haradan İranın oldu?! Bəzi insanların bu qədər söydüyü Şahın zamanında Astara-Hüseynqulu sərhəd xəttini bir gəmi belə keçməyib. 11% Şahın dövrünə aiddir. Astara-Hüseynqulu xətti Şahın dövrünə aiddir. İslam Respublikasına aid deyil. Əgər Hərtərəfli Xəzər Konvensiyasını imzalamasaydıq, onlar dəniz dibində bizə vurduqları ziyanı eyni fəlakəti sahildə də vurardılar. Gedin sənədi oxuyun! Savad oxumaqdır!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!