XİN başçısı Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət

12 Oktyabr 2026 16:40 85


Çinin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

Onun sözlərinə görə, Van İ Bakıda Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. Pepperoni pizza

"Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək. Oktyabrın 14-dən 20-dək Van İ həmçinin Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək", - Mao Nin bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!