XİN-dən Rusiyaya SƏRT MESAJ: Səfirliyin qarşısında təxribat törədildi!

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Rusiyaya SƏRT MESAJ: Səfirliyin qarşısında təxribat törədildi!

Siyasət

27 Avqust 2026 15:48 129


27 avqust tarixində günorta saatlarında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi pislənilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, qəbuledilməz təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi də ola bilər. Marqarita pizza

Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını təxribatçı əməllərə hüquqi qiymət verməyə, insidenti hərtərəfli araşdırmağa və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

XİN qeyd edib ki, Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və əməkdaşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etməsi gözlənilir.

Həmçinin diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasının Rusiya tərəfinin öhdəliklərindən olduğu vurğulanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!