Azərbaycan Xarici İşlər Nazirliyi Nepal–Çin sərhədində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələri ilə bağlı başsağlığı verib.
“Yeni Sabah” xəbər verir ki, XİN-dən bildirilib ki, təbii fəlakət nəticəsində insanların həlak olması və genişmiqyaslı dağıntıların baş verməsi dərin kədər hissi doğurub.
Nazirlik faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Sezar pizza
XİN itkin düşənlərin təhlükəsiz şəkildə tapılması üçün davam etdirilən axtarış-xilasetmə əməliyyatlarının uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.
Aytac Əliyeva
Telegram kanalımız