Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

Sosial

23 Sentyabr 2026 17:45 109


Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, layihələr çərçivəsində yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür. pizza

Görülən işlər bərpa olunan yaşayış məntəqələrinin müasir və dayanıqlı yol infrastrukturu ilə təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!