Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
"Yeni Sabah" APA-y istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib. Dominos pizza
Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.
N.Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.
Telegram kanalımız