Xudatda yanğın: Yollarda postlar quruldu

saytların hazırlanması

Evə çatdırılma

Xudatda yanğın: Yollarda postlar quruldu

Sosial

17 Avqust 2022 17:43 893


Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət eməsi üçün yollarda postlar qurulub.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Xudatın "4-cü şöbə" adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.

Yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir. pizza mizza

Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə muvəqqəti postlar qoyulub.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!